UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qalatasaray"ın Çexiyanın "Sparta Praqa" komandası ilə səfər matçını britaniyalı hakim Entoni Teylor idarə edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki,
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qalatasaray" Çexiya təmsilçisi Sparta Praqa ilə 22 fevral cümə axşamı, saat 23:00-da Letna stadionunda qarşılaşacaq. Bu görüşdə İngiltərə Futbol Federasiyasından Entoni Teylor fit çalacaq. Teylorun köməkçiləri Qari Besvik və Adam Nann olacaq. Matçın dördüncü hakimi Con Bruks olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB