Səudiyyə Ərəbistanında bir ilk yaşanıb

Səudiyyə Ərəbistanında bir ilk yaşanıb

Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani Malayziyada keçirilən “Miss Mrs Global Asia” gözəllik yarışmasında ölkəsi adından yarışıb. Belə ki, Səudiyyə Ərəbistanı ilk dəfə gözəllik yarışmasına qatılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müsabiqə zamanı səudiyyəli model Əl-Qahtani 870 min izləyicisi olan "İnstaqram" hesabında kombinasiyalarını və yarışma təcrübəsini paylaşıb.

Səudiyyəli model zərif paltarlardan idman geyimlərinə, ənənəvi Səudiyyə geyimlərinə qədər müxtəlif görünüşlər geyinib. Səudiyyə Ərəbistanının tarixində ilk dəfə bir gözəllik yarışmasına qatıldığını deyən Əl-Qahtani sosial şəbəkədəki paylaşımında “Malayziyada keçirilən “Miss Asia International 2024” yarışmasında iştirak etməkdən şərəf duyuram” sözlərini yazıb.

Builki müsabiqədə Avstraliya, Borneo, Hindistan, İndoneziya, Yaponiya, Tailand, Filippin, Sinqapur, Səudiyyə Ərəbistanı, Vyetnam, Banqladeş, Myanma və Malayziya da daxil olmaqla 12 ölkə və regiondan 25 iştirakçı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə