9 yaşlı uşaq tüfənglə 5 yaşlı uşağı öldürüb - FACİƏ

9 yaşlı uşaq tüfənglə 5 yaşlı uşağı öldürüb - FACİƏ

Türkiyənin Karaman ərazisində 5 yaşlı qız 9 yaşlı rəfiqəsinin əlindəki silahın təsadüfən atəşə tutulması nəticəsində həyatını itirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, dünən axşam saatlarında şəhər mərkəzinin Kələbə kəndindən tarladan qayıdan M.S tüfəngini evin girişində qoyub qoyunlarının yanına gedib. Bu vaxt M.S.-nin 9 yaşlı oğlunun oynamağa başladığı tüfəng təsadüfən atəş açıb.

Qonşunun qızı 5 yaşlı R.G tüfəngdən aldığı patronla vurularaq xəsarət alıb. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupu sövq edilib. Həyatını itirdiyi müəyyən edilən R.G.-nin cəsədi Karaman Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb. M.S. nəzarətə götürülüb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə