ABŞ-ın Nebraska ştatındakı zooparkda yaşayan timsahın mədəsindən 70 sikkə tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra timsah əməliyyata götürülüb. Mavi gözlü və ağ dərili nadir leykistik timsah heyvanı üzərində cərrahiyyə əməliyyatı uğurla keçib və sağalıb.
Zoopark rəhbərliyi "Tibodaux" adlı timsahın mədəsindən çoxlu miqdarda sikkələr çıxarıldıqdan sonra ziyarətçiləri "zooparkdakı hər hansı su hövzəsinə sikkə atmaqdan" çəkinməyə çağırıb. "Henry Doorly Zooparkı"ndakı 10 timsahın hamısı qan alma və rentgenoqrafiya kimi müxtəlif müayinələrdən keçib. Baytar Kristina Plooq bildirib ki, "Tibodaux"un mədəsindəki bütün sikkələr heç bir problem yaratmadan çıxarılıb. Zoopark rəhbərliyi öz "Facebook" hesabında yazıb ki, heyvanların yaşadığı yerlərdə adi təmizlik işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB