İlon Mask "X" sosial şəbəkəsinin qaydalarını pozub

İlon Mask "X" sosial şəbəkəsinin qaydalarını pozub

ABŞ-lı iş adamı və “X” sosial şəbəkəsinin sahibi İlon Mask öz platformasının qaydalarını pozmaqda ittiham olunub. SİA “Newsweek”-ə istinadən xəbər verir ki, Mask öz paylaşımlarından biri üçün istifadəçilərə, onların fikrincə, aldadıcı ola biləcək nəşrlərə kontekst əlavə etməyə imkan verən “İcma qeydləri” funksiyasını deaktiv edib.

Bu hərəkətin platformada məlumatın manipulyasiyasını qadağan edən “X” qaydasını pozduğu bildirilir.

“Siz yalan məlumatı yaymaq, gizlətmək və ya istifadəçinin qarşılıqlı əlaqəsinə mane ola biləcək hərəkətlərdə olmaq üçün “X”dən istifadə edə bilməzsiniz”, - deyə qaydanın mətnində deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə