NATO döyüşçüləri “muzdlu” adı altında Ukraynada döyüşürlər..?

NATO döyüşçüləri “muzdlu” adı altında Ukraynada döyüşürlər..?

…NATO qoşunları muzdlular adı altında Ukraynada hərbi əməliyyatlarda iştirak edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Baş Əməliyyat İdarəsinin rəisi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy fevralın 19-da “Krasnaya Zvezda” qəzetinə müsahibəsində bu barədə danışıb.

Şimali Atlantika Alyansına daxil olan ölkələrin hərbi qulluqçuları muzdlular adı altında Ukrayna ərazisində hərbi əməliyyatlarda birbaşa iştirak edir

Bunu deyən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsinin sözlərinə görə, NATO hərbi personalı təkcə hava hücumundan müdafiə sistemlərinə, operativ-taktiki raketlərə və MLRS-ə nəzarət etmir, həm də hücum dəstələrinin tərkibinə daxildirlər.

Eyni zamanda, NATO zabitləri Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilən bütün hərbi əməliyyatların hazırlanmasında da iştirak edirlər.

Sergey Rudskoyun dediyinə görə, Qərb silah və Ukrayna hərbçilərinin təlimindən əlavə, Kiyevi rabitə xidmətləri və kəşfiyyat məlumatları ilə təmin edir, Ukrayna ərazisinə dünyanın hər yerindən məsləhətçilər və yaraqlılar göndərir. …Qərb siyasətçiləri Rusiyaya qarşı əsl məqsədlərini, yəni ona strateji məğlubiyyət vermək olduğunu qətiyyən gizlətmirlər.

Maraqlıdır ki, Sergey Rudskoy, bugünkü təhdidlərin Böyük Vətən Müharibəsi illərində SSRİ-nin üzləşdiyi təhlükələrdən “az ciddi” olmadığını da bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə