Fransada Rusiya prezident seçkilərində səsvermə keçiriləcək

Fransada Rusiya prezident seçkilərində səsvermə keçiriləcək

Rusiyanın Fransadakı səfirliyi bu ölkədə Rusiya prezident seçkilərində səsvermənin keçiriləcəyini bildirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Qeyd olunur ki, bu qərar Fransa hakimiyyəti ilə müvafiq müzakirələrdən sonra verilib. Bu danışıqların nəticəsi olaraq Paris Fransadakı Rusiya vətəndaşlarının Rusiya prezidentinin seçkilərində səs verə biləcəklərini rəsmi təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl ATƏT-in Bürosu Rusiya prezident seçkilərinə dəvətdən imtina etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə