Fransanın millətçi Vətənpərvərlər Partiyasının lideri Florian Filippot, fransızları ölkə prezidenti Emmanuel Makronun “klikası”nı devirməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Belə ki, siyasətçi Ukraynaya yardım üçün üç milyard avro ayrılması, peşə hazırlığının əlavə hissəsi üçün rüsumların tətbiqi, eləcə də Kubadan həkimlərin ölkəyə dəvət edilməsinə münasibət bildirib.
Filippotun sözlərinə görə, Makron və ətrafının hərəkətləri Fransanı üçüncü dünya ölkəsinə çevirir.
…Yatmış xalq təcili olaraq ayılmalı və qlobalist oliqarxiyanın maraqları naminə ölkəni üçüncü dünyaya çevirən hakimiyyət qrupunu qovmalıdır.
Qeyd edək ki, bunu deyən Filippo, bir müddət bundan əvvəl Makrondan “cəbhəyə getməyi” tələb etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB