Yaponiya Ukraynaya 12 milyard dollar yardım edəcək…

Yaponiya Ukraynaya 12 milyard dollar yardım edəcək…

…Ukrayna Yaponiyadan 12 milyard dollardan çox yardım alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə baş nazir Denis Şmıqal fevralın 19-da Tokioda yaponiyalı həmkarı Fumio Kişida ilə görüşdən sonra Telegram-da danışıb.

…Baş nazir Fumio Kişida bildirib ki, Yaponiyanın Ukraynaya dəstək mövqeyi sarsılmaz olaraq qalır. Görüşümüz zamanı o bildirdi ki, Yaponiya Ukraynaya elan edilmiş və həyata keçirilən həcm də daxil olmaqla 12,1 milyard dollar yardım edəcək.

Qeyd edək ki, bunu deyən ukraynalı baş nazir amma bu vəsaitin nə qədər müddətə ayrılacağını açıqlamayıb.

Onun sözlərinə görə, bu gün keçirilən danışıqlarda ikitərəfli əməkdaşlığın geniş spektri məsələləri müzakirə olunub: viza rejiminin liberallaşdırılması, ticarətin intensivləşdirilməsi, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi və s…

…İnvestisiyaların təşviqi və qorunması haqqında sazişin yenilənməsi ilə bağlı danışıqlara başlamağa razılaşdıq. Məqsədimiz investorları etibarlı hüquqi müdafiə və təminatla təmin etməkdir.

Bunu da Şmıqal əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə