...Ötən ilin sonundan etibarən Rusiya ilə ödəniş əməliyyatlarını kütləvi şəkildə əngəlləyən türk bankları ilə bağlı problemlər rusiyalı neftçilərə də çatıb.
Bu arada böyük neft şirkətlərindən biri Rusiya neft ixracatçılarının bir müddətdir kiI Türkiyədən satılan barel üçün pul almadıqlarını bildirib.
Qeyd edək ki, SİA bu barədə Reuters agentliyinə istinad edir.
...Problem təxminən “iki-üç həftə”dir ki, davam edir. Maraqlıdır ki, vəziyyətlə tanış olan türk mənbələri də baş verənləri Reuters-ə təsdiq edib.
…Bəzi ödənişlərin pozulduğunu etiraf edən mənbənin sözlərinə görə, enerji haqqının ödənilməsində çətinliklər ABŞ-ın dekabrda Rusiyaya qarşı sanksiyaların pozulması ilə bağlı sərt tədbirlər barədə xəbərdarlıq etməsindən sonra yaranıb.
…Biz razılaşdırılmış ödəniş üsullarını dəyişdirməli və ya onları təxirə salmalı olduq, lakin çatdırılmalar davam edir. Bunu türk tərəfi bildirir.
…Rusiya yanacağının Türkiyəyə axını hələ dayanmayıb, yalnız bir neçə kiçik ləngimə ilə üzləşib.
Bunu isə Rusiya tərəfindən bildiriblər.
…Bank prosedurlarının sərtləşdirilməsi ilk növbədə qeyri-enerji ticarətinə zərbə vurdu.
Bunu isə üçüncü mənbə Reuters-ə deyib.
…Əsas problem Türkiyədən ödənilən ödənişlərlə deyil, Türkiyənin Rusiyadan almalı olduğu ödənişlərdə yaranır və nəticədə, Türkiyənin Rusiya Federasiyasına ixracı iflic oldu: maşın və avadanlıqların tədarükü praktiki olaraq dayanıb.
Xatırladaq ki, Türkiyə Ukrayna ilə müharibə başlayandan bəri Rusiya neftinin alışını iki dəfədən çox artırıb və Rusiya Federasiyasından barel almağa davam edən yeganə NATO ölkəsi olaraq qalır.
Ötən ilin yanvar-noyabr aylarının yekunlarına görə, Türkiyənin ən böyük STAR neft emalı zavodları da daxil olmaqla, Rusiya mənşəli 8,9 milyon ton xam neft alıb. Bundan əlavə, Rusiya neft şirkətləri Türkiyə bazarına 9,4 milyon ton dizel yanacağı satıb.
…Və yeri gəlmişkən, neft üçün ödənişlərin edilməməsi bank nəzarətinin gücləndirilməsi ilə bağlıdır.
Belə ki, yanvarda analoji problemlər "Rosneft" BƏƏ-də dirhəmlə ödəniş almaq üçün hesab aça bilmədiyi üçün "Saxalin Sokol" neftini daşıyan 14 tankeri qəbul etməkdən imtina edən Hindistanla da oxşar problemlər yaranıb.
Bunu da Reuters-ə bəzi mənbələr bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB