ABŞ müdaxilə etməsə, Ukrayna fəlakətlə üzləşəcək…

Ukrayna Silahlı Qüvvələrində mərmi çatışmazlığı var…
ABŞ müdaxilə etməsə, Ukrayna fəlakətlə üzləşəcək…

...ABŞ Konqresində hərbi yardımla bağlı siyasi çıxılmaz vəziyyət və Avropada istehsal gücünün olmaması Ukraynanın müharibə səyləri üçün fəlakət yarada biləcək kritik artilleriya sursat çatışmazlığına gətirib çıxarır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Britaniyanın müdafiə araşdırma mərkəzinin baş əməkdaşı Cek Uotlinq Time jurnalında xəbərdarlıq kimi bildirib.

Onun dediyinə görə, artıq bütün cəbhə boyu sursat çatışmazlığı hiss olunur ki, bu da Ukrayna qoşunlarının Avdeevka şəhərindən bu yaxınlarda çıxarılmasına səbəb olub. İngilis ekspert xatırladıb ki, bu gün Ukrayna piyada hücum qruplarından istifadə edərək hər gün Ukrayna mövqelərinə hücum edən təxminən 470 min rus əsgəri ilə üz-üzədir.

Əgər Ukraynanın kifayət qədər artilleriyası olsaydı, bu hücumlar asanlıqla dəf edilə bilərdi.

Ekspert əlavə edib ki, kifayət qədər sursat olmasa, Ukrayna hərbçiləri Rusiyanın atıcı silahlarla hücumlarını dəf etmək üçün cəbhədə fiziki olaraq daha çox mövqe tutmalı olacaqlar.

…Bu, həm ukraynalıların itkilərini artıracaq, həm də gələcək hücum əməliyyatlarına hazırlaşmaq və təlim keçmək üçün cəbhə xəttində qala biləcək şəxsi heyətin sayını azaldacaq. Bir sözlə, artilleriya sursatları olmadan ukraynalılar müdafiəyə qalxaraq, yavaş-yavaş geri çəkilmək təhlükəsi ilə üzləşirlər.

Bunu deyən Cek Uotlinq, ABŞ-ın müdaxilə etməyəcəyi təqdirdə Ukraynanın yaxın bir neçə ayda kritik çatışmazlıqlarla üzləşəcəyinə əminlik də ifadə edib.

Onun sözlərinə görə. döyüş meydanında xərclənən mərmilərin həcmi Rusiyaya həlledici üstünlük verdi və Rusiya Federasiyası 2024-cü il ərzində atəş gücünə hakim olmağa davam edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə