Ukraynada baş naziri dəyişməyi planlaşdırırlar

Ukraynada baş naziri dəyişməyi planlaşdırırlar

Ukrayna prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Ermakın ölkənin baş naziri postuna təyin olunması planlaşdırılır.

SİA xəbər verir ki, bu barədə bazar ertəsi, fevralın 19-da “Strana” nəşri məlumat yayıb.

Materialdan belə çıxır ki, Ukrayna hökuməti hazırda Andrey Yermakın ölkənin baş naziri postuna mümkün təyinatına hazırlığı müzakirə edir. Lakin bu, prezidentlik müddəti 2024-cü ilin mayında başa çatan Vladimir Zelenskinin hərəkətlərinin qanuniliyi ilə bağlı da suallar yaradır.

…Son bir həftə ərzində Ukraynanın siyasi dairələrində dolaşan əsas şayiələrdən biri ofisin rəhbəri Andrey Ermakın Ukraynanın baş naziri təyin edilməsinə iddia edilən hazırlıqdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə