Fevralın 19-da İspaniyada Mi-8AMTSh helikopteri ilə Ukraynaya qaçan rusiyalı pilot Maksim Kuzminov ölü tapılıb.
SİA xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin səlahiyyətlisi Andrey Yusov təsdiqləyib.
Qeyd edək ki, Kuzminovun ölümü ilə bağlı məlumatlar Telegram kanallarında və mediada yayılıb.
…Və Rusiya mediası tərəfindən də yayılıb. Xüsusən də bu barədə Rusiyayönlü İtaliyanın IL-corrispondente saytı yazıb və Kuzminovu “satqın” adlandırıb.
Nəşrin məlumatına görə, Alikantedə beş gün əvvəl, çərşənbə axşamı, fevralın 13-də Kuzminov 12 güllə yarası ilə öldürülüb və sonra da onu avtomobil “vurub”.
Yeri gəlmişkən bu arada İspaniyanın Levante-EMV-də Ukrayna vətəndaşının dayanacaqda öldürülməsi ilə bağlı xəbərlər peyda olub.
Nəşr öldürülən şəxsin adını çəkməsə də, onun 33 (Kuzminovun 28 yaşı) olduğunu yazır. Nəşrin məlumatına görə, meyitdə azı beş güllə yarası var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB