Türkiyədə işsizlik sayında azalma davam edir

Türkiyədə işsizlik sayında azalma davam edir

Türkiyədə işsizlik ötən ilin son rübündə üçüncü rüblə müqayisədə 0,4 bənd azalaraq 8,8 faizə çatıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Statistika İdarəsi (TÜİK) 2023-cü ilin oktyabr-dekabr ayları üçün işçi qüvvəsi statistikasını açıqlayıb.

Buna görə işsizlik son 40 rübün ən aşağı səviyyəsinə çatarkən, işsizlərin sayı 137 min nəfər azalıb.

Beləliklə, işsizlik səviyyəsi 0,4 bənd azalaraq 8,8 faiz təşkil edib.

Türkiyədə məşğulluqda da artım olub.

Ötən ilin oktyabr-dekabr aylarında məşğulluq 48,6 faiz olub, məşğul əhalinin sayı 195 min nəfər artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə