…Müstəntiqlər Rusiya koloniyalarından birində dünyasını dəyişən Aleksey Navalnının anasına və vəkillərinə onun meyitinin daha iki həftə onlara verilməyəcəyini bildiriblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış X sosial şəbəkəsində yazıb.
…Müstəntiqlər Alekseyin vəkillərinə və anasına meyiti təhvil verməyəcəklərini bildiriblər. Daha 14 gün ərzində onun üzərində hansısa “kimyəvi müayinə” aparılacaq.
Kira Yarmış deyib bunu.
Xatırladaq ki, fevralın 16-da Rusiyanın Federal Penitensiar Xidməti siyasi məhbus Aleksey Navalnının ölüm xəbərini yayıb.
Mesajda onun koloniyada gəzintidən sonra dünyasını dəyişdiyi bildirilir.
Rusiya Federasiyasının İstintaq Komitəsi müxalifətçinin ölümü ilə bağlı prosessual araşdırma təşkil edib.
Şənbə günü, fevralın 17-də siyasətçinin komandası onun ölümünü təsdiqləyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB