Avropa Komissiyası şirkətin Rəqəmsal Xidmətlər Aktını mümkün pozması səbəbindən TikTok sosial şəbəkəsinə qarşı araşdırmaya başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters AK-nin rəsmi bəyanatına istinadən xəbər verir.
Platforma Rəqəmsal Xidmətlər Aktınının yetkinlik yaşına çatmayanların müdafiəsi, habelə risklərin idarə edilməsi və ictimai məlumatların yerləşdirilməsinə dair müddəalarına uyğunluğu qiymətləndirilməlidir.
Əgər günahkar bilinərsə, TikTok şirkətin qlobal dövriyyəsinin 6 faizi məbləğində cərimə ödəməlidir.
Xatırladaq ki, ötən ilin dekabrında Avropa Komissiyası ictimai rəyin manipulyasiyasına dair şübhələrə görə X sosial şəbəkəsini (keçmiş Twitter, Rusiya Federasiyasında bloklanmış) artıq analoji üsulla yoxlamışdı. İndi rəsmilər Rəqəmsal Xidmətlər Aktınının müddəaları əsasında rəqəmsal platformanın fəaliyyətini təhlil edirlər.
Hələlik X ilə bağlı yekun qərar yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB