…Yuliya Navalnaya müraciətlə çıxış edərək əri Aleksey Navalnının işini davam etdirəcəyini bildirib.
…Mənim yerimdə başqa bir adam olmalı idi. Amma bu adamı Rusiya rəhbəri öldürdü.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Yuliya Navalnaya X sosial şəbəkəsindəki hesabındakı ilk videoda qeyd edib və yaxınlarda Navalnının başına gələnlərin səbəbləri barədə danışacağını vəd edib.
…Mən Navalnının işini davam etdirəcəyəm. Ölkəmiz üçün mübarizəni davam etdirəcəyəm.- deyə siyasətçinin həyat yoldaşı vurğulayıb və tərəfdarlarını müharibəyə, korrupsiyaya eləcə də ədalətsizliyə qarşı mübarizəni davam etdirməyə çağırıb.
Videoda siyasətçinin həyat yoldaşı Navalnını ondan və ölkənin fərqli ola biləcəyinə ümid edən rusların əlindən alındığını deyir.
Qeyd edək ki, video Aleksey Navalnının dediyi kadrlarla bitir: “Şərin qələbə çalması üçün yaxşı insanların hərəkətsizliyi lazımdır”.
Xatırladaq ki, bundan əvvəl Yuliya Navalnaya Münhen Təhlükəsizlik Konfransının iştirakçıları qarşısında çıxışı zamanı dünya ictimaiyyətini birləşməyə və “indi Rusiyada olan dəhşətli rejimi” məğlub etməyə çağırmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB