Xüsusi hərbi əməliyyat zonasında “Smelçak” sursatları aşkar edilib

Xüsusi hərbi əməliyyat zonasında “Smelçak” sursatları aşkar edilib

Xüsusi hərbi əməliyyat zonasında Rusiya hərbçilərinin sərəncamında olan “Smelçak” minaatanları üçün idarə olunan "Tülpan" minaları müşahidə edilib.

SİA “Rossiyskaya qazeta”ya istinadən sosial şəbəkələrdə istifadəyə hazır sursatların fotosunun yayıldığını bildirir.

…“Smelçak” tənzimlənən silah sistemi düşmənin zirehli texnikasını, artilleriyasını və istehkamını məhv etmək üçün nəzərdə tutulub. Sursat 240 millimetr kalibrli 2S4 “Tülpan” xüsusi güclü özüyeriyən minaatanların arsenalının bir hissəsidir.

Qeyd edək ki, “Smelçak”ın əsas versiyası 1982-ci ildə istifadəyə verilib. Sursatı istiqamətləndirmək üçün lazer hədəf təyinedici-radiometrdən istifadə olunur. “Smelçak”ın uçuş yolu uçuşun son mərhələsində impuls mühərrikləri tərəfindən tənzimlənir.

Minanın əsas versiyası 32 kiloqram partlayıcı maddə daşıyır və 9,2 kilometr uçuş məsafəsinə malikdir. Tərkibində 40 kiloqram partlayıcı olan modernləşdirilmiş “Smelçak-M” 9,5 kilometr uçmağa qadirdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə