ABŞ Çini xaricə ucuz mallar tədarük etdiyinə görə hədələyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Financial Times” bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmilərinə istinadən yazıb.
Vaşinqton bildirib ki, Çinin sənaye potensialı problemini dempinq yolu ilə həll etmək istəyi ilə mübarizə aparacaq. Birləşmiş Ştatlar xüsusilə yaşıl enerji sektorlarında istehsal və ucuz elektrik avtomobilləri, günəş panelləri və litium-ion batareyaların istehsalından narahatdır.
“Biz narahatıq ki, sənaye yönümlü siyasəti Çinin həddindən artıq güclənməsinə gətirib çıxarır. Nəticədə Pekin qlobal bazarlara zərbə vurur”, – deyə Beynəlxalq Əlaqələr nazirinin müavini Cey Şambau izah edib.
Rəsmiyə görə, Çin ABŞ və müttəfiqləri bununla bağlı ciddi tədbirlər görəcək. Mənbələr bildiriblər ki, maliyyə naziri Janet Yellenin Pekinə səfəri və fevralın sonunda San-Pauluda G20 həmkarları ilə görüşü zamanı əsas mövzu ucuz ixracat olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB