Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donetsk vilayətinin Avdiyivka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şoyqunun Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü bildirilib. Açıqlamada “Mərkəz” hərbi qruplaşmasının bölmələrinin Donetsk vilayətindəki digər yaşayış məntəqələrini ələ keçirmək üçün hücumlarını davam etdirdiyi qeyd olunub və Şoyqu Putinə Donetsk Xalq Respublikasının Avdiyivka şəhərinin ələ keçirildiyi barədə məlumat verib.
Qeyd edək ki, Avdiyivka üçün gedən döyüşlərdə son 24 saatda Ukrayna ordusunun itkisi 1500 nəfər idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB