Alman maşınlarının ölkəyə girişi qadağan edildi

Alman maşınlarının ölkəyə girişi qadağan edildi

ABŞ-da gömrükçülər “Volkswagen” qrupuna aid minlərlə avtomobili ələ keçirərək ölkəyə buraxmayıblar. SİA "Financial Times"-a istinadən xəbər verir ki, yüzlərlə "Audi", "Porsche" və "Bentley" kimi markalar ölkəyə girişi qadağan edilən avtomobillər sırasındadır. Bütün bu lüks avtomobil markaları "Volkswagen" tərəfindən istehsal olunur.

Gömrük işçilərinin Almaniya istehsalı olan avtomobillərin ölkəyə buraxılmamasına səbəb avtomobillərin bir parçasının Çinin Uyğur Muxtar Bölgəsində istehsal olunmasıdır. Parçanın məcburi əmək qanunlarını pozduğunu qiymətləndirən ABŞ səlahiyyətlilərinin bu səbəbdən ölkəyə girişə icazə vermədiyi bildirilib.

"Volkswagen"in bu hadisə səbəbindən planlaşdırılan tədarükləri təxirə saldığını və sözügedən parçanın bütün avtomobillərdə dəyişdirilməsi üçün çalışdığı qeyd edilib. Məlumata görə, bir çox avtomobillərdə ehtiyat hissələri dəyişdiriləcəyi üçün proses martın sonuna qədər uzana bilər.

Ləman Sərraf

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə