Milyonlarla işçini birbaşa maraqlandıran iş qanunlarında dəyişiklik üçün yeni bir layihə üzərində işlənilir. Edilən araşdırmalar maaşdan iş saatına, tətil xərclərindən çevik iş saatlarına qədər yeni məsələləri əhatə edir.
İş qanunlarında yeni tənzimlənmələr üçün düyməyə basıldı. Tənzimləmə nəticəsində iş saatlarının 45 saatdan 35-40 saata endirilməsi planlanır. Türkiyədə 1936 tarixli iş qaydası ilə çalışma müddəti gündə 8, həftədə 48 saat olaraq təyin olundu.
2003 tarixli, hələ də keçərli olan qaydaya görə Türkiyədə həftəlik işləmə müddəti 45 saatdır. Bu qaydaya görə bir ildə bir işçiyə ən çox 270 saat artıq iş gördürmək olur.
Mətbuat əmək qanununda və dənizçilik qanununda həftəlik işləmə saatı 48 saatdır. Digər peşələrdə isə 45 saatdır. Bütün işçilərlə bağlı iş saatlarının 35-40 saata endirilməsi mübahisə məsələsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB