Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində İsrail ordusu tərəfindən mühasirəyə alınan Nasser xəstəxanasından 14 xəstənin təxliyyə edildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi işlər nəticəsində 5-i dializ xəstəsi və 3-ü reanimasiya xəstəsi olmaqla 14 xəstənin təxliyyə edildiyi bildirilib.
Qeyd edək ki, Qəzzada Səhiyyə Nazirliyi daha əvvəl Nasser Xəstəxanasının reanimasiya şöbəsində generatorun dayanması və oksigen cihazının işləməməsi səbəbindən həyatını itirən xəstələrin sayının 8-ə yüksəldiyi açıqlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB