Danimarkanın baş naziri bütün artilleriyanı Ukraynaya bağışlayacaqlarını açıqlayıb

Danimarkanın baş naziri bütün artilleriyanı Ukraynaya bağışlayacaqlarını açıqlayıb

Danimarkanın baş naziri Frederiksen bütün artilleriya silahlarını Ukraynaya bağışlamağa qərar verdiklərini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen bütün artilleriya silahlarını Rusiya ilə müharibədə ehtiyac duyduqlarını əsas gətirərək, Ukraynaya bağışlamağa qərar verdiklərini açıqlayıb. Frederiksen Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransı (MSC 2024) çərçivəsində keçirilən 7-ci Ukrayna Naharında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib. Ukraynanın hərbi sursat istədiyinə diqqət çəkib.

Avropada hələ də hərbi sursatların olduğunu qeyd edən Frederiksen Ukraynaya yardımın sürətləndirməli və artmalı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə