Sakit okeanın cənub-qərbində yerləşən Papua Yeni Qvineyanın dağlıq bölgələrində tayfalar arasında baş verən qarşıdurmada 53 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Papua Yeni Qvineyanın dağlıq bölgələrində son vaxtlar artan qəbilə qarşıdurmalarında can itkiləri davam edir.
Polis qüvvələri ölkənin Enqa bölgəsində iki qəbilənin bir-birinə pusqu qurması nəticəsində yaranan qarşıdurmada 53 nəfərin öldüyünü bildirib. Hadisəni ölkənin son dövrünün ən böyük qırğını kimi xarakterizə edən polis qüvvələri cəsədlərin polis mikroavtobuslarına yükləndiyini bildirib.
Münaqişənin bir tayfanın bölgədə yaşayan digər tayfaya hücuma hazırlaşarkən pusquya düşməsi nəticəsində baş verdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB