İsrail təyyarəsinin rabitəsinə nəzarət ələ keçirilməyə çalışılıb

İsrail təyyarəsinin rabitəsinə nəzarət ələ keçirilməyə çalışılıb

Naməlum şəxslər İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarənin marşrutunu dəyişmək üçün rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər. SİA xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.

Məlumata görə, təyyarə Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına təhlükəsiz eniş etməyi bacarıb.

Bildirilib ki, təyyarənin göyərtəsində 250 nəfər olub. Yəmən husilərinin fəaliyyət göstərdiyi ərazi üzərində uçarkən ekipaj uçuş planından fərqli radio təlimatları alıb. Nəyinsə səhv olduğunu hiss edən pilotlar onlara məhəl qoymamaq qərarına gəlib və alternativ rabitə vasitəsindən istifadə ediblər.

Hadisəyə görə tanınmamış Somaliland respublikasının da məsuliyyət daşıya biləcəyi ehtimal edilir.

“The Jerusalem Post”un məlumatına görə, bu, son bir həftə ərzində ikinci belə hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə