“Niderland Ukraynaya ən azı 24 “F-16” qırıcısı təhvil verəcək”. SİA xəbər verir ki, bunu Baş nazir Mark Rutte Münhen Təhlükəsizlik Konfransında deyib.
“Ukraynaya 24 döyüş təyyarəsi veriləcək. Bəlkə də daha çox, amma bundan az deyil. Biz danimarkalılarla və başqaları ilə birlikdə işləyirik”, - deyə Mark Rutte bildirib.
Baş nazir işlərin cədvəl üzrə getdiyini və qırıcıların ən qısa zamanda göndəriləcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna hakimiyyəti ilkin hərbi yardım çərçivəsində Qərbdən məhz 24 ədəd “F-16” qırıcısı istəyib. Ukrayna hərbçilərinə qırıcıdan istifadə etmək və mühəndislərin hazırlanması üçün təxminən altı ay vaxt lazım olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB