Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinə ölkənin Müdafiə Nazirliyi və avropalı müttəfiqlərindən gələn sifarişlərin sayını artırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, son iki il ərzində ABŞ-ın müdafiə sənayesi silah-sursatla bağlı sifarişlərin kəskin artması ilə üzləşib. Bu, avropalı müttəfiqlərin hərbi potensialını artırmağa çalışması, Pentaqonun isə Ukraynaya silah göndərməsi ilə bağlıdır.
Qəzet qeyd edir ki, Amerika hərbi-sənaye kompleksində istehsalın ümumi artımı Ukraynada münaqişə başlayandan bəri 17,5 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB