TIR sürücüləri Trampa görə Nyu-Yorka mal daşımaqdan imtina edirlər

TIR sürücüləri Trampa görə Nyu-Yorka mal daşımaqdan imtina edirlər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yük maşınları arasında olan tərəfdarları yerli məhkəmənin siyasətçinin dələduzluqda təqsirli bilinməsi ilə bağlı qərarına etiraz olaraq yükü Nyu-Yorka çatdırmaqdan imtina edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “New York Post” yazır.

TIR sürücülərinin koordinatorlarından biri olan Çikaqo Rey sürücülərin ABŞ-ın ən böyük şəhərinə getməkdən imtina etməsindən danışıb.

Fəalın sözlərinə görə, onun bir çox həmkarı fevralın 19-dan Nyu-Yorka mal çatdırmağı dayandırıb.

Rey iddia edir ki, yük maşınlarının 95 faizi Trampı dəstəkləyir. O, məhkəmənin qərarına etiraz elan edib.

Xatırladaq ki, fevralın 16-da Nyu-York ştatının məhkəməsi keçmiş prezidenti onun “Trump Organization” şirkətinin aktivlərinin qiymətləndirilməsini dələduzluqda təqsirli bilib və onu 355 milyon dollar ödəməyə məcbur edib.

“Radiotoçka NSN” xəbər verir ki, Trampa ölkədəki şirkətlərdə rəhbər vəzifələr tutmaq da üç il müddətinə qadağan edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə