Polşa da nüvə dövləti olur..?

Polşanın uzun illərdən sonra ilk dəfə olaraq nüvə dövləti statusu alması və öz ərazisində nüvə silahı yerləşdirməsi ehtimalı reallaşır. Bu ssenari ABŞ-ın nüvə silahlarının NATO ölkələrinin ərazisinə yerləşdirilməsini nəzərdə tutan Nüvə mübadiləsi proqramı çərçivəsində həyata keçirilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RMF24 radiosuna müsahibəsində istefada olan polşalı general Yaroslav Kraşevski deyib.

O, qeyd edib ki, Varşava bunu gələcək illər üçün prioritet hesab edir, xüsusən də Rusiyanın hərbi gücünün güclənməsi və Ukraynada gedən döyüşlər fonunda…

Yeri gəlmişkən, Polşa hələ 2023-cü ildə nüvə arsenalı əldə etmək arzusunu ifadə edib və NATO bu imkanı nəzərdən keçirir.

Onu da qeyd edək ki, ABŞ hazırda Avropa və Türkiyədə taktiki nüvə silahlarını saxlayır.

…Və xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hələ də dünyanı nüvə silahı ilə hədələməkdə davam edir.

Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, bu, yəqin ki, qismən Qərbin Ukraynaya yardımını cilovlamaq məqsədi daşıyır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə