"Ukrayna qoşun istəmir, sadəcə texnika və sursat istəyir..."

"Ukrayna qoşun istəmir, sadəcə texnika və sursat istəyir..."

"ABŞ Ukraynaya ordu göndərməmək üçün yeni yardım paketini təsdiqləməlidir”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi irəli sürən Nikki Heyli “ABC” telekanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşun istəmir, Kiyev bu münaqişədə qalib gəlmək üçün sadəcə texnika və sursat istəyir.

“Onların çoxlu döyüş gücü var, biz onlara lazım olanı verməliyik ki, qələbə qazana bilsinlər ki, hər hansı bir qoşunumuzun göndərilməsinin qarşısını ala bilək”.

Heyli həmçinin qeyd edib ki, ABŞ prezidenti Cozef Bayden amerikalılara Kiyevə maliyyə dəstəyinin vacibliyini izah etməlidir

Bütün xəbərlər Facebook səhifəmizdə