Çin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb

Çin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb

…Çin Rusiya-Ukrayna hərbi münaqişəsinin siyasi həllinin tərəfdarıdır.

SİA-nın əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bunu fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündə Çinin xarici işlər naziri Van Yi bildirib.

Çin tərəfləri sülhün zəruriliyinə inandırır və danışıqları asanlaşdırır, press-relizdə qeyd olunub. O, həmçinin vurğulayır ki, Pekin faydalanmaq fürsətindən istifadə etmir və münaqişə zonasına öldürücü silahlar satmır. Nazir həmçinin Çin-Ukrayna münasibətlərinin normal inkişaf edəcəyinə ümid etdiyini bildirib.

…Kuleba bildirib ki, Ukrayna Çinin hərbi münaqişənin siyasi həlli ilə bağlı mövqeyini əks etdirən sənədi yüksək qiymətləndirir, Çin nazirliyinin mətbuat xidməti aydınlaşdırır. …Xatırladaq ki, bir il əvvəl, 2023-cü ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı Pekinin mövqeyini əks etdirən bəyanat yayıb. Sənəd 12 bənddən ibarətdir ki, bunlar arasında bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi və Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası zərurəti var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə