Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzanın cənubundakı Xan Yunus şəhərində neçə müddətdir İsrail əsgərləri tərəfindən mühasirədə olan Nasser xəstəxanasının artıq xidmət göstərə bilməyəcəyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, sözügedən mövzu ilə bağlı “X” sosial mediadakı paylaşımında Qebreyesus bildirib: “16 və 17 fevral tarixlərində ÜST komandası və tərəfdaşları yanacaq paylamaq üçün xəstəxana şəhərciyinə çatdılar. Lakin xəstələrin vəziyyəti və təcili tibbi ehtiyaclarını qiymətləndirmək üçün xəstəxanaya daxil olmalarına icazə verilmədi.
Nasser xəstəxanası bir həftədir davam edən basqın və mühasirədən sonra artıq xidmət göstərə bilmir. Xəstəxanada hələ də 200-ə yaxın xəstə var və onlardan ən azı 20 nəfəri təcili tibbi yardım üçün başqa xəstəxanalara köçürülməlidir. Onlar göndərilmədə hər hansı gecikmənin bədəlini həyatları bahasına ödəyəcəklər. Xəstə və xəstəxanaya giriş asanlaşdırılmalıdır.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB