…Ukrayna kəşfiyyatçıları yarımadaya daxil olaraq oradakı işğalçılar üçün əsl kabus yarada bilər, ona görə də Rusiya Federasiyasının vətəndaşları mümkün qədər tez Krımdan qaçmalıdırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi bölməsinin rəisi Timur “UP” telekanalına müsahibəsində ruslara bu məsləhəti verib.
Qeyd edək ki, Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi oktyabrın 4-də keçirilən əməliyyatlardan birində baş verən döyüşdən danışıb.
…İndi Krımda olan ruslara məsləhət var: sadəcə oradan qaçın. Çünki indi biz nəinki əsir götürə bilərik..,
Bunu deyən Timurun sözlərinə görə, bölmə müxtəlif əməliyyatları həyata keçirməyə imkan verən çoxlu avadanlıq alıb.
…Komandir bizə çox şey verdi. İndi bizim kifayət qədər gəmimiz və xüsusi təyyarəmiz var və bu, bizim inkişafımızdır. O qədər şeylər var ki, onlar çətin anlar yaşayacaqlar.
Timur əlavə edib ki, keçən il Tarxankut burnunda onun əsgərləri xüsusi tapşırıqlar yerinə yetirib,.. o cümlədən düşmənin bütün aktivlərini müəyyənləşdiriblər…
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB