Moldova müxalifəti xalqı birləşib Sandu hakimiyyətini yıxmağa çağırıb
Moldovada mövcud hökuməti devirmək üçün siyasətçilərin birliyi deyil, vətəndaşların tək iradə ifadəsi lazımdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə müxalif Moldova Dirçəliş partiyasının liderlərindən biri Aleksandr Suxodolski Telegram kanalında yazıb.
…Siyasətçilər deyil, Moldova xalqı birləşməlidir.
Bunu deyən Suxodolskinin sözlərinə görə, o, hər çıxışında vətəndaşları baş verənləri ayıq-sayıq qiymətləndirməyə və əsas məqsədin seçkilərdə iştirakla mövcud hakimiyyəti sıradan çıxarmaq olduğunu dərk etməyə çağırır.
Moldova müxalifəti iki ilə yaxındır ki, hökumətin və prezident Sandunun istefası tələbi ilə etiraz aksiyaları keçirir. Nümayişçilər hakimiyyəti iqtisadi və enerji böhranında və müxalifətə təzyiqdə ittiham edirlər. Ölkədə Şor partiyasının fəaliyyəti qadağan edilib və digər müxalifətçilər mütəmadi olaraq axtarışlar və həbslərlə üzləşirlər.
Sosialist Partiyasının rəhbəri İqor Dodon ötən ilin dekabrında müxalifət qüvvələrinin birləşmək və prezident seçkilərində vahid namizəd irəli sürmək üçün danışıqlar apardığını bildirmişdi.
Xatırladaq ki, prezident seçkiləri bu ilin payızında keçiriləcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB