Rusların vurulan təyyarəsi Dyakovo kəndinə düşüb…

Rusların vurulan təyyarəsi Dyakovo kəndinə düşüb…

Ukrayna hərbçiləri fevralın 17-də Rusiyanın üç Su təyyarəsini vurub. Qəza zamanı vurulan təyyarələrdən birinin pilotu onu müvəqqəti işğal altında olan Luqansk vilayətindəki kəndə istiqamətləndirib.

…Dünən rus qırıcı pilotu ukraynalı müdafiəçilərin mövqelərinə bir neçə idarə olunan bomba atıb. Və qarşı tərəfin atdığı raket nəticəsində rus təyyarəsi vurulub. İdarəetməni itirən rus pilotu təyyarəni işğal altında olan Luqansk vilayətinin Antratsitovskaya icmasının məskunlaşdığı ərazilərə göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Artem Lisoqor bildirib.

O bildirib ki, Su Rusiya ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən və 2014-cü ilin payızından işğal altında olan Dyakovo kəndinə düşüb.

…Dyakovo kəndinin sakinləri bu rus qırıcısının mülki insanları necə öldürdüyünü görüblər

“Təyyarə qəzası” ilə əlaqəli zərərçəkənlərin sayı hələ ki, məlum deyil.

Bunu da Artem Lisoqor bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə