Bayden Ukrayna üçün həyəcan təbili çaldı...

Bayden Ukrayna üçün həyəcan təbili çaldı...

ABŞ prezidenti Cozef Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ağ Ev-dən bildirilib.

Cozef Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı barədə məlumat yayan Ağ Evin açıqlamasında deyilir: “Ukrayna hərbçiləri konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub”.

ABŞ prezidenti jurnalislərə açıqlamasında bildirib ki, onun administrasiyası konqresə rəsmi Kiyev üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə nail ola biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə