Türkiyədə ağır yol qəzası baş verib. SİA xarici mətbuata istinadən məlumatına görə, hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb.
Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB