Meksikada ZƏLZƏLƏ

Meksikanın Herrero ştatında 5,1 maqnitudada zəlzələ qeydə alınıb. SİA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ 187 min nəfər əhalisi olan Çilpansinqo şəhərinin 43 kilometr cənub-qərbində baş verib.

Zəlzələ ocağı 80 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilmir

Bütün xəbərlər Facebook səhifəmizdə