Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqının 13-cü anti-Rusiya sanksiyalar paketi Moskvanın üçüncü ölkələrin köməyi ilə müəyyən edilmiş məhdudiyyətlərdən yan keçməsinin qarşısını almağa yönəlib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə tədbirin saytında yayımlanan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın sanksiyalardan yan keçmək üçün hansı ölkələrdən istifadə etdiyinə nəzarət edir. O, əlavə edib ki, hazırda bu dövlətlərlə sərt danışıqlar aparılır və şirkətlərinə qarşı sanksiyalar tətbiq olunur.
...13-cü sanksiya paketi məhz buna yönəldiləcək!
Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiyalar paketini tətbiq etmək cəhdlərini qeyri-ciddi adlandırıb.
Onun fikrincə, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiya siyasətinin tamamilə iflasa uğradığını dərk etməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB