Niderlandın baş naziri Mark Rutte çoxdan gözlənilən F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı xoş xəbərdən məmnundur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu UNİAN agentliyi xəbər verir.
Ruttenin sözlərinə görə, bu məsələdə irəliləyiş görmək olar. O, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində detalları açıqlayıb.
Rutte, Hollandiya tapşırığın öhdəsindən mümkün qədər tez gəlməyə çalışdığını, indi hər şey qrafik üzrə getdiyini, “…ümid edirik ki, onları tezliklə transfer edəcəyik... Bu məsələlərdə irəliləyiş var. Əsasən qrafikə uyğun gedirik. Ona görə də bu yaxşı xəbərdir”, - deyə o bildirib.
Eyni zamanda, rəsmi Ukraynanın dəqiq neçə təyyarə ala biləcəyinə aydınlıq gətirib. Rutte deyir ki, ehtimal ki, 24 ədəddən çox olacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB