Afrika İttifaqında sədrlik Mavritaniyaya keçib. Bu barədə Qəmər Adalarının Prezidenti, İttifaqın əvvəlki sədri Azali Əs-Sumani bəyan edib.
SİA xarici mediaya istinadla xəbər verir ki, Prezident Əs-Sumani Afrika İttifaqının 37-ci sammitinin açılışında deyib: “Yeni sədr Mavritaniyanın Prezidenti Məhəmməd uld Qazvani olacaq”.
Mavritaniya əvvəlcə İttifaqın sədri vəzifəsini tutmağa etiraz edib, çünki ölkədə iyun ayında prezident seçkiləri keçirilməlidir. Lakin sonra Qazvani sədrliyə razılıq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB