G7 ölkələri Rusiyanı Navalnının ölümünün səbəblərini izah etməyə çağırıb
Dünyanın ən böyük sənayeləşmiş demokratiyası Yeddilik Qrupunun (G7) xarici işlər nazirləri Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnının koloniyadakı ölüm şəraitini tam izah etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Yaponiya və Kanadanın xarici işlər başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.
Xatırladaq ki, bu ötən şənbə günü beynəlxalq təhlükəsizlik konfransının keçirildiyi Münhendə baş verib.
G7-yə sədrlik edən İtaliyanın verdiyi məlumata görə, görüş Navalnının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
…İdeyalarına, azadlıq və Rusiyada korrupsiyaya qarşı mübarizəsinə görə Navalnı əslində edam edildi.
Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin rəhbərləri Navalnının ölüm şəraitini açıqlamaqdan əlavə, Rusiyada siyasi məhbusların azad edilməsini tələb ediblər.
Onu da qüyd edək ki, ABŞ, Böyük Britaniya və Aİ ölkələrinin liderləri Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaları istisna etməyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB