Putin Rusiya hərbçilərini təbrik edib…

Putin Rusiya hərbçilərini təbrik edib…

Rusiya müdafiə naziri Sergey Şoyqunun Avdeevkanın azad edilməsi ilə bağlı məruzəsini dinləyən ölkə prezidenti Vladimir Putin bu uğur və mühüm qələbə münasibətilə Rusiya hərbçilərini təbrik edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

… Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunun Avdeevkanın ələ keçirilməsi ilə bağlı məruzəsini dinləyib. Prezident hərbçilərimizi və döyüşçülərimizi belə mühüm qələbə, belə uğur münasibətilə təbrik edib.

Peskov deyib bunu.

Xatırladaq ki, fevralın 17-də Avdeevka general-polkovnik Mordviçevin komandanlığı altında “Mərkəz” qoşun qrupu tərəfindən tamamilə azad edilib. 31,75 kvadratmetr ərazi Rusiya hərbçilərinin nəzarətinə keçib.

Qeyd olunur ki, Avdeevka uğrunda gedən döyüşlərdə Ukrayna Silahlı Qüvvələri 1,5 mindən çox hərbçisini itirib. Rusiya qoşunlarının davamlı atəşi altında ukraynalı yaraqlıların yalnız bir neçə səpələnmiş dəstəsi silah və hərbi texnikanı ataraq tələsik qəsəbəni tərk edə bilib.

Bunu artıq Peskov demir, rus saytı yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə