Ramzan Kadırovun 18 yaşlı oğlu Çeçenistanda nazir təyin edilib

Ramzan Kadırovun 18 yaşlı oğlu Çeçenistanda nazir təyin edilib

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat Kadırov respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib və o, həm də regionun ən yüksək mükafatı olan “Adlı” ordeni ilə təltif edilib.

SİA-nın əldə etdiyi məlumata görə, təyinat barədə ayrıca məlumat verilməsə də, amma respublika hökumətinin sədri Maqomed Daudov mükafat postunda yeni vəzifəni göstərib.

O, əlavə edib ki, Kadırovun oğlu “istənilən tapşırığı yüksək səviyyədə həll edir”. Amma yenə də onun xidmətlərinin dəqiq nə olduğunu açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Axmat Kadırov idman və gənclər siyasəti nazirinin birinci müavini vəzifəsində çalışıb və bu vəzifəni yetkinlik yaşına çatdıqdan qısa müddət sonra alıb. …2023-cü ildə Axmat Kadırov atasının köməkçisi və hökumətyönlü “Birincilər Hərəkatı” bölməsinin sədri olub. Xatırlayırsınızsa, ötən ilin yazında yeniyetmə Kremldə Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edildi - politoloqlar bunu Çeçenistan rəhbərinin oğluna toy hədiyyəsi kimi qiymətləndirdilər.

Onu da qeyd edək ki, bu gün Çeçenistanda müxtəlif səviyyələrdə dövlət vəzifələrində Ramzan Kadırovun ailəsinin 100-ə yaxın qohumu - övladları, bacıları, kürəkənləri, qardaşı oğulları, müxtəlif dərəcəli əsabələri çalışır.

Xatırladaq ki, “Kavkaz.Realii” redaktorları respublikanın dövlət qurumlarında çalışan Kadırovlar klanından olan şəxslərin ən dolğun siyahısını tərtib ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə