Ukrayna Silahlı Qüvvələri Avdeevkanı niyə tərk etdi..?

Ekspert əsas səbəbləri açıqladı…
Ukrayna Silahlı Qüvvələri Avdeevkanı niyə tərk etdi..?

...Bu gün əsas diqqət Donetsk vilayətində yerləşən və rusların nəzarətinə keçən Avdeevka şəhəri uğrunda gedən döyüşlərə yönəlib.

Ukraynalı hərbi ekspert Aleksandr Musienko qeyd edib ki, ukraynalı əsgərlər bu qəsəbəni bir neçə səbəbdən, xüsusən də düşmənin çox sürətlə irəliləməsi səbəbindən tərk ediblər.

… SİA-nın xəbərinə görə, analitik RBC-Ukrayna ilə söhbəti zamanı bildirib ki, Ukrayna dövlətinin müdafiəçiləri artıq düşmənləri cilovlamaq qabiliyyətinə malik deyillər.

…Ruslar şimal cinahdan kifayət qədər fəal şəkildə hərəkət etdilər, üstəlik, irəliləməyə də başladılar və sonradan döyüşlər Avdeevkanın özündə baş verdi.

Musienkonun sözlərinə görə, qoşunların çıxarılmasına həm də rəqiblərin logistikanı əngəlləməyə başlaması səbəb olub, “kommunikasiya yolları, qrupumuzu təmin etdiyimiz yol uğrunda daim mübarizə gedirdi”.

Bundan əlavə, rusların aviasiyadan fəal istifadə etməsi də öz rolunu oynadı və idarə olunan hava bombaları ilə zərbələrin sayı artdı.

Və nəticədə Ukrayna döyüşçülərinin mühasirəyə düşmə təhlükəsi yarandı…

…2023-cü ilin payızında ruslar nə canlı qüvvəsini, nə də texnikanı əsirgəmədən Avdeevkaya fəal şəkildə hücum etməyə başlamışdı və təbii ki, bu vaxt onlar böyük itkilər verirdilər.

Bir sıra ekspertlər qeyd ediblər ki, Rusiya liderı Putin 2024-cü ilin martına planlaşdırılan psevdo-prezident seçkiləri ərəfəsində lovğalanacaq bir şeyə malik olmaq istəyirdi. Ona görə də, əsgər itkisi-filan onun gözünə görünmürdü.

Fevralın ortalarında Rusiya Avdeyevkaya hücum etmək üçün bütün ehtiyatlarını, o cümlədən cəbhənin digər istiqamətlərində olan bütün ehtiyatlarını bu istiqamətə yığmışdı.

…Ukrayna tərəfi öz əsgərlərinin həyatını xilas etmək qərarına gələrək, onları şəhərdən çıxardı. Artıq məlumdur ki, ukraynalı döyüşçülər ikinci müdafiə xəttində yerləşən mövqeləri tutublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə