Olaf Şolts Avropa İttifaqının təhlükəsizliyini gücləndirməyə çağırıb

Olaf Şolts Avropa İttifaqının təhlükəsizliyini gücləndirməyə çağırıb

ABŞ-da növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır.

SİA xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Biz həm indi, həm də gələcəkdə öz təhlükəsizliyimizlə daha çox məşğul olmalıyıq”, - deyə Olaf Şolts bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa İttifaqı öz təhlükəsizliyinin gücləndirilməsi üçün səy göstərməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə