Çexiya xaricdə Ukrayna ordusunun arsenalını artırmaq üçün Ukraynaya daşına bilən təxminən 800 min artilleriya mərmisi tapıb, lakin onların alınması və daşınması üçün tərəfdaşlardan maliyyə yardımına ehtiyacı var.
SİA-nın əldə etdiyi məlumata görə, Çexiya mətbuatı və “Ukrayinska pravda” xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel Münhen Təhlükəsizlik Konfransında bildirib.
Ukraynaya döyüş sursatının tədarükü ilə bağlı panel müzakirəsində Pavel qeyd edib ki, mərmi çatışmazlığını nəzərə alaraq, Kiyevin tərəfdaşları “innovativ” olmalı və dünyanın “hər yerdə hərbi texnika axtarmalıdırlar”. Çexiya prezidentinin sözlərinə görə, ölkə nümayəndələri xaricdə təxminən yarım milyon 155 millimetrlik mərmi və 300 min 122 millimetrlik mərmi tapmağa nail olublar ki, maliyyə tapılarsa, bir neçə həftə ərzində Ukraynaya daşına bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB