Körpəsini torbada zibil qutusuna atan ana saxlanılıb

Körpəsini torbada zibil qutusuna atan ana saxlanılıb

…Novosibirsk sakini torbadakı körpəni zibil qabına atdığı üçün saxlanılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, o, adam öldürməyə cəhddə ittiham olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fevralın 16-da günorta saatlarında şəhərin Jeleznodorojnı rayonunda 22 yaşlı ana yeni doğulmuş körpəsini polietilen torbaya bükərək evinin həyətində zibil qabına qoyub.

…Novosibirsk şəhərində yeni doğulmuş körpənin öldürülməsinə cəhdlə bağlı onun 22 yaşlı anası saxlanılıb. O, ittiham olunub.

Bu Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.

Qadın dindirilib. Məhkəmə-tibbi ekspertizalar təyin edilib. Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

…Uşaq sağ qalıb. Ona lazımi köməklik göstərilir. Vəziyyət regional Səhiyyə Nazirliyi və digər idarələrin nəzarətindədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə