Navalnının cəsədi qohumlarından niyə gizlədilir?

Navalnının cəsədi qohumlarından niyə gizlədilir?

...Yamalo-Nenets Muxtar Dairəsi Səhiyyə İdarəsinin patoloji anatomiya üzrə baş müstəqil mütəxəssisi və Salexard rayon xəstəxanasının patoloji şöbəsinin müdiri Sergey İvçenko qətlə yetirilən (?) rus müxalifət liderinin cəsədinin harada olması sualına cavab verməyib.

SİA-nın əldə etdiyi məlumata görə, Mediazona jurnalistlərinin sualını dinləyən İvçenko dərhal telefonu qapadıb.

Bu gün İK-3 cəzaçəkmə koloniyasının əməkdaşları Aleksey Navalnının anasına və vəkilinə onun meyitinin Salexarda göndərildiyini bildiriblər.

Lakin Lyudmila Navalnı və vəkil Leonid Solovyov Salexard meyitxanasına gələndə morqun işçiləri cəsədin oraya gətirilmədiyini bildiriblər.

…Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edərkən, ona bu gün zəng edən yeddinci şəxs olduğunu bildiriblər. Telefondakı meyitxanasında Alekseyin cəsədinin olmadığını deyib.

…İstintaq Komitəsinin Yamal şöbəsində Navalnının vəkilinə, onun ölüm səbəbi müəyyən edilmədiyi üçün təkrar histoloji müayinə aparıldığı deyilib.

…Aydındır ki, onlar yalan danışırlar və cəsədi verməmək üçün hər şeyi edirlər.

Qeyd edək ki, bunu siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanovun sözlərinə görə, səhər koloniyada müxalifətçinin anası Lyudmila Navalnıya ölümün səbəbinin qəfil ölüm sindromu olduğunu deyiblər.

Nəticədə müstəntiqlər yoxlama tamamlanana qədər Aleksey Navalnının cəsədini qohumlarına verməyəcəklərini bildiriblər. Yarmış qeyd edib ki, bir saat əvvəl vəkilə yoxlamanın bitdiyi və “heç bir cinayət aşkar edilmədiyi” bildirilib.

Qeyd edək ki, Federal Penitensiar Xidmətin Yamal-Nenets Muxtar Dairəsi üzrə Departamenti dünən günortadan sonra Aleksey Navalnının ölümünü açıqlayıb. Mesajda onun qəflətən xəstələndiyini və 47 yaşlı müxalifət liderinin tezliklə dünyasını dəyişdiyi iddia edilib.

Xatırladaq ki, siyasətçinin ölümündən iki gün əvvəl onun 27-ci dəfə cəzaçəkmə kamerasına salındığı deyilir. Ümumilikdə, o, bütün həbs müddətinin demək olar ki, üçdə birini cəza kamerasında keçirmişdi: 1126 günün demək olar ki, 295 gününü...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə